Pekin beynəlxalq hava limanı 276 reysi ləvğ edib

Pekin beynəlxalq hava limanı 276 reysi ləvğ edib Buna ölkədə müşahidə edilən hava şəraiti səbəb olub
İnfrastruktur
13 İyun , 2016 15:16
Pekin beynəlxalq hava limanı 276 reysi ləvğ edib

Bakı. 13 iyun. REPORT.AZ/ Pekində müşahidə olunan hava şəraitinin pisləşməsi baxmayaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC hələ bu şəhərə planlaşdırılan aviareyslərini ləğv etməyib. Bunu "Report"un sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriliblər: "Hər hansı reysin ləvğ edilməsi barədə məlumat yoxdur".  

Beynəlxalq hava limanından deyiblər ki, çərşənbə axşamı saat 19:35 radələrində Bakı-Pekin aviareysinin həyata keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Çində davam edən leysan yağışlar səbəbindən Pekin beynəlxalq hava limanında 270-dən çox reys ləvğ edilib.

Belə ki, leysan bazar ertəsi axşam saatlarında Pekinə çatacaq. Bununla əlaqədar olaraq Pekin beynəlxalq hava limanında 276 reys ləvğ edilib. Aeroportun onlayn-tablosuna əsasən, ləvğ edilən reyslərin hamısı demək olar ki, ölkədaxili marşrutlara aiddir.

Xatırladaq ki, Bakı-Pekin-Bakı istiqamətində həftənin II və VII günləri  "Boeing-767" tipli təyyarədə uçuşlar yerinə yetirilir. 

Son xəbərlər

Orphus sistemi