Paytaxtın əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Paytaxtın əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb Sürücülər alternativ yollardan istifadə edə bilərlər
İnfrastruktur
17 Sentyabr , 2015 09:44
Paytaxtın əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Parlament və Afiyəddin Cəlilov küçələrində tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, sürücülər həmin yollara alternativ kimi, müvafiq olaraq N.Nərimanov və Xocalı prospektlərindən istifadə edə bilərlər.

Bundan başqa, K.Rəhimov, S.S.Axundov küçələri, Q.Qarayev və M.Müşfiq prospektlərində də nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. M.Müşfiq prospektinə alternativ kimi isə sürücülər Landau küçəsindən istifadə edə bilərlər.

Bundan başqa, Azadlıq və Z.Bünyadov prospektləri, habelə Ceyhun Hacıbəyli küçəsində nisbətən sıxlıq qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi