Oğuz Rayon İcra Hakimiyyətinə yol tikintisi üçün 2,3 milyon manat ayrılıb

Oğuz Rayon İcra Hakimiyyətinə yol tikintisi üçün 2,3 milyon manat ayrılıb Prezident İlham Əliyev Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
İnfrastruktur
27 İyul , 2015 18:36
Oğuz Rayon İcra Hakimiyyətinə yol tikintisi üçün 2,3 milyon manat ayrılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatı Oğuz Rayon İcra Hakimiyyətinə ayrılıb. 

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi