​Nəsimi və Səbail rayonlarında su olmayacaq

​Nəsimi və Səbail rayonlarında su olmayacaq “Azərsu” yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir
İnfrastruktur
2 Sentyabr , 2014 11:14
​Nəsimi və Səbail rayonlarında su olmayacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi və Səbail rayonlarında bu gündən başlayaraq 24 saat müddətinə su olmayacaq.

Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə yaranan çətinlik Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi