Bakıda daha bir küçə təmir olunub

Bakıda daha bir küçə təmir olunub Uzunluğu 650 metr, eni 14 metr olan küçə təmirdən sonra artıq istifadəyə verilib
İnfrastruktur
3 İyun , 2016 09:56
Bakıda daha bir küçə təmir olunub

Bakı. 3 iyun. REPORT.AZ/ Bakının Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri aparılıb. Uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, həmin küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1 100 poqon metr yeni səki daşı düzülüb.

Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min kv. m sahəyə yeni asfalt-beton örtüyü döşənib. 

Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi