Nərimanov rayonunda istilik xətləri dəyişdiriləcək

Nərimanov rayonunda istilik xətləri dəyişdiriləcək Aparılan işin icrasının 22 oktyabr tarixində başa çatdırılması planlaşdırılır
İnfrastruktur
19 Oktyabr , 2015 18:40
Nərimanov rayonunda istilik xətləri dəyişdiriləcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Sabah Nərimanov rayonunda Qarabağ və Dəmirçizadə küçələrinin kəsişməsindən başlayaraq, Dəmirçizadə küçəsi boyunca “Azərisitiliktəchizat” ASC tərəfindən həmin ərazidə qazıntı işləri aparılacaq. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a daxil olan xəbərə görə, qeyd edilən ərazidə istilik xəttinin dəyişdirilməsi nəzərdə tutulub. 

İstilik xəttində aparılan işin icrasının 22 oktyabr tarixində başa çatdırılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi