Bakı. 27 mart. REPORT.AZ/ Nəsimi rayonunda Şəmsi Bədəlbəyli küçəsində təmir işləri davam etdirilir.
Bu barədə “Report”a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Axşam saatlarınadək Rəşid Behbudov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək olan hissəsdə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşacaq. Yaxın iki gün ərzində küçədə nəqliyyatın hərəkəti təmin olunacaq.