Nəqliyyatı nazirinin Naftalanda vətəndaşlarla görüşünün vaxtı məlum olub

Nəqliyyatı nazirinin Naftalanda vətəndaşlarla görüşünün vaxtı məlum olub Ziya Məmmədov oktyabrın 7-də 3 rayonun sakinlərini qəbul edəcək
İnfrastruktur
30 Sentyabr , 2016 19:12
Nəqliyyatı nazirinin Naftalanda vətəndaşlarla görüşünün vaxtı məlum olub

Bakı. 30 sentyabr.REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalanda şəhər sakinlərini, eləcə də Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşlar ilə görüşəcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, qeyd edilən rayonlardan sakinlərlə görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə keçirilir.  

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 5-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq Goranboy şəhəri (Heydər Əliyev prospekti-110), Tərtər şəhəri (Şıxəli Qurbanov küçəsi-1) və Naftalan şəhərində (Heydər Əliyev prospekti-1) aparılacaq.

Son xəbərlər

Orphus sistemi