Azərbaycan Fransada Ümumdünya İntellektual Nəqliyyat Sistemi Konqresində iştirak edir

Azərbaycan Fransada Ümumdünya İntellektual Nəqliyyat Sistemi Konqresində iştirak edir Ölkəni beynəlxalq tədbirdə NİİM-in baş direktoru təmsil edir
İnfrastruktur
7 Oktyabr , 2015 17:49
Azərbaycan Fransada Ümumdünya İntellektual Nəqliyyat Sistemi Konqresində iştirak edir

Bakı.7 oktyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Rüfət İmanov Bordo şəhərində (Fransa) keçirilən Ümumdünya İntellektual Nəqliyyat Sistemi Konqresində iştirak edir.

NİİM-dən "Report"a verilən məlumata görə, konqres 30 ölkənin müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş dəyirmi masa ilə başlayıb. Bu ilki konqresin əsas hədəfi “İntellektual mobilliyə doğru - ətraf mühitdən daha səmərəli istifadə”dir. NİİM nümayəndələri hər il bu tədbirdə iştirak etməklə, konqres iştirakçıları ilə Azərbaycanda intellektual nəqliyyat sisteminin inkişafı, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatlarla bölüşürlər.

İrimiqyaslı tədbir Avropa Komissarlığı, Amerika və Asiya İntellektual Nəqliyyat Sistemi Mərkəzləri, həmçinin, ERTICO - Avropa İntellektual Nəqliyyat Sistemi Mərkəzi tərəfindən təşkil edilib. Konqresə 100-dən artıq ölkədən 3 500 nümayəndə heyəti, 300 sərgi iştirakçısı qatılıb. Konqresdə Azərbaycan, Avstraliya, Avstriya, Polşa, Finlandiya, Hindistan, BƏƏ, Lüksemburq, Almaniya, Sinqapur, İngiltərə, Niderland, Belçika və digər ölkələr iştirak edir.

Son xəbərlər

Orphus sistemi