Bakı. 9 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb.