Bakı. 5 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.