Nəqliyyat naziri Samuxda vətəndaşlarla görüşəcək

Nəqliyyat naziri Samuxda vətəndaşlarla görüşəcək Görüşdə Daşkəsən, Göygöl və Samux rayonlarının sakinləri iştirak edə bilər
İnfrastruktur
20 İyun , 2016 16:29
Nəqliyyat naziri Samuxda vətəndaşlarla görüşəcək

Bakı. 20 iyun. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov iyunun 24-də Samux şəhərində Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Nəqliyyat Nazirliyindən "Report"a daxil olan məlumata görə, qəbulda vətəndaşların müraciətlərinə baxılacaq, sonradan mövcud nəqliyyat problemləri araşdırılacaq və onların həlli barədə müzakirlər aparılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyunun 23-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq Samux şəhəri (Heydər Əliyev prospekti), Göygöl şəhəri (Fikrət Əmirov küçəsi,2) və Daşkəsən şəhəri (Heydər Əliyev prospekti,4) ünvanlarında aparılacaq.

Son xəbərlər

Orphus sistemi