“Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb

“Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb Stansiyanın keçidlərinin divarlarındakı üzlüklər dəyişdirilib
İnfrastruktur
11 İyul , 2016 11:26
“Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı metrosunun “Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb.

Bunu "Report"a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 

Onun sözlərinə görə, “Neftçilər” metro stansiyasının hər iki keçidində təmir işləri artıq yekunlaşıb. Keçidlərin divarlarındakı üzlüklər dəyişdirilib: "Hazırda “Qara Qarayev” metro stansiyasının keçidlərində təmir işləri aparılır. Keçidlərdən birində artıq mərmərlərin düzülməsinə başlanılıb. Digər keçiddə də paralel olaraq təmir işləri davam etdirilir. Təmir zamanı keçidlərdə sərnişinlərin hərəkəti məhdudlaşdırılmayıb".  

Son xəbərlər

Orphus sistemi