​Neft Fondu Türkiyədə daşınmaz əmlak almaq niyyətindədir

​Neft Fondu Türkiyədə daşınmaz əmlak almaq niyyətindədir Milanda daşınmaz əmlak alınması üzrə əqd tam tamamlanıb
İnfrastruktur
12 İyul , 2016 12:20
​Neft Fondu Türkiyədə daşınmaz əmlak almaq niyyətindədir

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyədə daşınmaz əmlak almaq imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib.

"Türkiyə bizim üçün maraqlıdır, ora baxırıq. Ümumiyyətlə, harda yaxşı imkanlar mövcuddursa, biz daim olaraq oranı araşdırırıq" - deyə Ş. Mövsümov qeyd edib.

O, həmçinin Milanda daşınmaz əmlak alınması üzrə əqdin tam tamamlandığını və Fondun mülkiyyətin sahibi olduğunu da bildirib.

Son xəbərlər

Orphus sistemi