​Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yekunlaşıb

​Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yekunlaşıb Ümumilikdə, küçənin 19,5 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb
İnfrastruktur
20 Avqust , 2015 14:59
​Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yekunlaşıb

Bakı. 20 avqust. REPORT.AZ/ Bakı şəhərinin iki böyük prospekti - Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. “Report” xəbər verir ki, bu barədə “Azəryolservis” ASC məlumat yayıb: "Artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub".

"Uzun müddət idi ki, yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra uzunluğu 1 070 metr, ortalama eni 16 metr olan yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Burada yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilib, xəndəklərin üstü bərkidilib və köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Ümumilikdə, küçənin 19,5 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb", - məlumatda qeyd olunub.

Bundan başqa, N.Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Bura təqribən 2 200 paqon metr yeni səki daşı düzülüb. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi