​Nardaranın küçələrinin birində abadlıq-quruculuq işləri başa çatıb

​Nardaranın küçələrinin birində abadlıq-quruculuq işləri başa çatıb Qəsəbənin Nəsrullah Əsgərov küçəsindəki sakinlərə söküntü ilə əlaqədar kompensasiya Novruz Bayramından sonra veriləcək
İnfrastruktur
15 Mart , 2016 12:32
​Nardaranın küçələrinin birində abadlıq-quruculuq işləri başa çatıb

Bakı. 15 mart. REPORT.AZ/ Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində aparılan abadlıq-quruculuq işləri yekunlaşıb.

Bu barədə "Report"a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O xatırladıb ki, həmin küçədə 28 nəfərə kompensasiya verilib. Qeydə alınan digər 71 obyektə görə isə kompensasiya yaxın vaxtlarda ödəniləcək.

A.Nəcəfli qeyd edib ki, qəsəbənin Nəsrullah Əsgərov küçəsindəki sakinlərə söküntü ilə əlaqədar kompensasiya Novruz Bayramından sonra veriləcək: "Həmin küçədə 43 obyekt söküntü ərazisinə düşüb".

Son xəbərlər

Orphus sistemi