​Nardaranda daha bir yolda yenidənqurma işləri aparılır

​Nardaranda daha bir yolda yenidənqurma işləri aparılır Küçənin yenidən qurulan hissəsinin uzunluğu 850 metr olacaq
İnfrastruktur
16 May , 2016 15:37
​Nardaranda daha bir yolda yenidənqurma işləri aparılır

Bakı. 16 may. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işləri aparır. 

“Report” şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər) çərçivəsində Nəsrulla Əsgərov küçəsinin yenidən qurulması işlərinə başlanıb.

Hazırda yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi, yeni yeraltı kommunikasiya xətlərinin çəkilişi, bundan başqa, küçə boyu maneələrin sökülməsi, paralel olaraq yeni hasarların tikilməsi işləri də aparılır. Söküntüsü aparılan tikililərin sahiblərinə qanunvericilikdə nəzərdə tutulan məbləğdə kompensasiyalar ödənilir.

Qeyd edək ki, qəsəbənin mərkəzindən Nardaran pirinə gedən N.Əsgərov küçəsinin yenidən qurulan hissəsinin uzunluğu 850 metr, mövcud eni isə 6 metrdir. Layihə çərçivəsində genişləndirilərək 16 metrə çatdırılacaq küçə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikiləcək, səkilərin kənarlarına 1 500 poqon metr səki daşı düzüləcək, küçənin 13 500 kv.m sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

Son xəbərlər

Orphus sistemi