​Moskvadan Lənkərana uçmalı olan təyyarə reysi təxirə salınıb

​Moskvadan Lənkərana uçmalı olan təyyarə reysi təxirə salınıb "Airbus A321" təyyarəsi 13:20-də Lənkəranda eniş etməli idi
İnfrastruktur
3 Fevral , 2016 04:31
​Moskvadan Lənkərana uçmalı olan təyyarə reysi təxirə salınıb

Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 3-də Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçmalı olan "U6 2421" saylı təyyarə reysi təxirə salınıb.

"Report" "Domodedovo" aeroportunun elektron tablosuna istinadən xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 09:20-də Moskvadan uçmalı və 13:20-də Lənkəranda eniş etməli idi.

Reysin “Ural Airlines” aviaşirkətinə məxsus "Airbus A321" təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi