Misir Bakı və Qahirə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır

Misir Bakı və Qahirə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır İl ərzində Misirə təxminən 3 min azərbaycanlı turist səfər edib
İnfrastruktur
29 Mart , 2016 10:09
Misir Bakı və Qahirə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır

Qahirə. 29 mart. REPORT.AZ/ "Misir Bakı və Qahirə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır".

"Report" xəbər verir ki, bunu Misirdə səfərdə olan jurnalistlərə açıqlamasında ölkənin turizm nazirinin müavini Məhəmməd Abd El Qabbar deyib.

Onun sözlərinə görə, birbaşa uçuşun olmaması iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə mane olur: "Bu reysə olan tələbatı öyrənəcəyik".

Nazir müavini, həmçinin il ərzində Misirə təxminən 3 min azərbaycanlı turistin səfər etdiyini bildirib.

O, bu il turizm nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını və səfər çərçivəsində birbaşa reysin açılışının mümkünlüyünün müzakirə olunacağını əlavə edib: "Azərbaycan şirkətlərinin Misirə gəlməsini və Misirin tur operatorları ilə əlaqələr yaratmasını istərdik. Eyni zamanda Azərbaycanda birgə turizm şirkəti yaratmaq olardı".

Son xəbərlər

Orphus sistemi