Mərkəzi Bank daha bir tenderin qalibi ilə müqavilə bağlayıb

Mərkəzi Bank daha bir tenderin qalibi ilə müqavilə bağlayıb Mərkəzi Bankın sistem və qurğularına dövri texniki qulluq göstərəcək şirkət müəyyənləşib
İnfrastruktur
20 Aprel , 2016 09:54
Mərkəzi Bank daha bir tenderin qalibi ilə müqavilə bağlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankına məxsus binalarda istismar olunan isitmə-soyutma, havalandırma, su-kanal və digər sistem və qurğulara dövri texniki qulluğunun göstərilməsinin satın alınması ilə bağlı elan edilmiş açıq tenderdə iddiaçıların təklifləri qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə "AKSİMA" MMC müsabiqənin qalibi elan olunub.

"Report" Tender Komissiyasına istinadən verdiyi xəbərə görə, qalib şirkətlə müvafiq xidmət müqaviləsi bağlanılıb.

"Azərbaycan Mərkəzi Bankı tenderə maraq göstərdiyinə görə, bütün iddiaçılara öz təşəkkürünü bildirir və tenderdə iştirak etmiş iddiaçılarla gələcəkdə faydalı əməkdaşlığa ümid edir", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi