Mənzil İnşaatı Dövlət Agentliyi alacağı avtomobilləri müəyyənləşdirib

Mənzil İnşaatı Dövlət Agentliyi alacağı avtomobilləri müəyyənləşdirib Agentliyin keçirdiyi tenderdə "Auto Azerbaijan" və "Performance Center" şirkətləri qalib gəlib
İnfrastruktur
18 Avqust , 2016 10:14
Mənzil İnşaatı Dövlət Agentliyi alacağı avtomobilləri müəyyənləşdirib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MİDA" MMC tərəfindən nəqliyyat vasitələrinin satın alınması üzrə keçirilən tenderin qalibləri müəyyənləşib. "Report" xəbər verir ki, tenderdə iki şirkət qalib olub.

İyunun 25-dən avqustun 10-dək keçirilmiş açıq tenderdə “Auto Azerbaijan” MMC və “Performance Center” MMC qalib müəyyən edilib.

Qeyd edək ki, “Auto Azerbaijan” şirkəti "Hyundai", "Chrysler" və "Peugeot", "Performance Center" isə "Chevrolet" və "Cadillac" avtomobil brendlərinin Azərbaycandakı rəsmi dilerləridir.

Son xəbərlər

Orphus sistemi