"​Meliorasiya və Su Təsərrüfatı" ASC tender keçirir

"​Meliorasiya və Su Təsərrüfatı" ASC tender keçirir Tender Samur-Abşeron suvarma siteminin yenidən qurulması layihəsi çərçivəsində təşkil olunub
İnfrastruktur
23 İyun , 2016 16:53
​Meliorasiya və Su Təsərrüfatı ASC tender keçirir

Bakı. 23 iyun. REPORT.AZ/ "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin “Samur-Abşeron suvarma siteminin yenidən qurulması Layihəsi"nə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaşçılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” (Şabran rayonu üzrə) obyektinin tikintisi işlərinin satın alması ilə əlaqədar açıq tender elan edib. 

Bu barədə “Report”a qurumun Tender Komissiyasından bildirilib.

Layihənin həyata keçirilməsi üzrə xərclər Azərbaycan Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək. Təkliflərin qiymətləndirilməsi zamanı aşağı qiymət, podratçının analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti və işin yerinə yetirilmə müddətinə üstünlük veriləcək.

Tender prosedurunda iştirak etmək ödənişlidir (3 min manat) və bununla bağlı əsas sənədlər toplusu üçün ödənilən məbləğ geri qaytarılmır. Tender təklifləri iyulun 22-dək “Samur-Abşeron suvarma siteminin yenidən qurulması Layihəsi"nin həyata keçirilməsi üzrə İşçi Qrupunun ofisinə (Bakı şəhəri, Moskva prospekti,69A ünvanında yerləşən) təqdim edilməlidir. Təklif zərfləri iyulun 25-də Hökumət Evi (V mərtəbə) açılacaq.

Qeyd edək ki, layihə çərçivəsində yeni suvarılan torpaqlarda meliorativ tədbirlər aparılmaqla istifadəyə verilməsi və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi