Məhəmməd Abdullayev: "Bakı Beynəlxalq Avtovağzalında ciddi sərnişin sıxlığı müşahidə edilmir"

Məhəmməd Abdullayev: "Bakı Beynəlxalq Avtovağzalında ciddi sərnişin sıxlığı müşahidə edilmir" Kompleks Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
İnfrastruktur
10 Sentyabr , 2016 13:02
Məhəmməd Abdullayev: Bakı Beynəlxalq Avtovağzalında ciddi sərnişin sıxlığı müşahidə edilmir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev "Report"a bildirib ki, tədris ili başlamadığı üçün vətəndaşların əksəriyyəti hələ də paytaxta qayıtmayıb: "Ona görə də hazırda Bakı Beynəlxalq Avtovağzalında ciddi sərnişin sıxlığı müşahidə edilmir. Təyin olunmuş bütün reyslər üzrə bilet satışları həm onlayn, həm də kassadan adi qayda da davam etdirilir. Bayram günlərində digər günlərdən fərqli olaraq əlavə 200-dək nəqliyyat vasitəsi reysə çıxır. Adi günlərdə 380-400 nəqliyyat vasitəsi ilə 9-10 min sərnişin yola salınır. Amma bayram ərəfəsində 600-dən çox nəqliyyat vasitəsi və 15 mindən artıq sərnişin yola salınması nəzərdə tutulur”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksi gücləndirilmiş iş rejimində sentyabrın 15-dək işləyəcək.

Son xəbərlər

Orphus sistemi