Masallıda “ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılıb

Masallıda “ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
17 Dekabr , 2015 18:10
Masallıda “ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi