Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salınıb

Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salınıb Dağdan yola doğru gələn su axınını ötürmək üçün yolun altından 2 ədəd 15 metr uzunluğunda 1250 mm və 750 mm diametrli su boruları qoyulub
İnfrastruktur
12 Dekabr , 2015 14:02
Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salınıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində çökmənin baş verdiyi əraziyə alternativ olaraq yeni yol salınıb. "Report" verdiyi xəbərə görə, bununla Masallı-Yardımlı istiqamətdə nəqliyyat vasitələrinin normal, təhlükəsiz hərəkəti təmin olunub.

Yeni yol hissəsinin uzunluğu 400 metr, hərəkət hissəsinin eni 6-7 metr olmaqla, ümumi eni 8-10 metrdir. Ərazinin relyefinə uyğun olaraq 1-2 metr qalınlığında yeni yol yatağı tikilib. Əraziyə 10 min kubmetr daş-çınqıl tökülüb. Dağdan yola doğru gələn su axınını ötürmək üçün yolun altından 2 ədəd 15 metr uzunluğunda 1250 mm və 750 mm diametrli su boruları qoyulub.

Qeyd edək ki, bir-neçə gün bundan öncə Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində olan aktiv sürüşmə zonasında çökmə baş vermişdi. Çökmə yolun təqribən 1,5 metr hissəsini əhatə etmişdi. Bu üzdən həmin ərazidə yeni alternativ yol hissəsinin salınması istiqamətində işlərə başlanılmışdı. Alternativ yol hazır olana qədər isə mütəmadi çökmə baş verən əraziyə yolun nəqliyyat vasitələri üçün bağlanmaması məqsədilə daş-çınqıl tökülürdü.

Son xəbərlər

Orphus sistemi