​"Lufthansa" pilotların tətil etməsi səbəbindən 750 reysi ləğv edib

​"Lufthansa" pilotların tətil etməsi səbəbindən 750 reysi ləğv edib Təqribən 80 min sərnişin öz planlarını dəyişmək məcburiyyətində qalıb
İnfrastruktur
18 Mart , 2015 04:46
​Lufthansa pilotların tətil etməsi səbəbindən 750 reysi ləğv edib

Bakı. 18 mart. REPORT.AZ/ Almaniyanın nəhəng aviadaşıyıcısı "Lufthansa" martın 18-nə planlaşdırılan 1400 reysdən 750-ni ləğv edib.

"Report" xəbər verir ki, şirkət nümayəndəsi bu qərarı pilotların növbəti tətili ilə əlaqələndirib.

Bu gün, daxili və xarici reyslərin demək olar ki, yarısı icra olunmayacaq.

"Lufthansa" reysləri ilə uçmalı olan 80 minə yaxın sərnişin öz planlarını dəyişmək və ya başqa uçuş variantları axtarmaq məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi