Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakı Dairəvi Yolunun Lökbatan dairəsindən şəhər istiqamətində olan hissəsində “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.
“Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. İşlərin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılacaq.