Lerik-Kəlvəz-Göydərə avtomobil yolunda dağ uçqunu olub

Lerik-Kəlvəz-Göydərə avtomobil yolunda dağ uçqunu olub Nəticədə, yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub
İnfrastruktur
28 Oktyabr , 2016 15:37
Lerik-Kəlvəz-Göydərə avtomobil yolunda dağ uçqunu olub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib.

Bu barədə “Report”a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub: “Dərhal əraziyə "Azəravtoyol"un ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılıb. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub”.

Qurum hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atıldığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi