Lənkəranda yeni uşaq bağçası istifadəyə verilib

Lənkəranda yeni uşaq bağçası istifadəyə verilib Prezident İlham Əliyev Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında iştirak edib
İnfrastruktur
11 Aprel , 2015 15:39
Lənkəranda yeni uşaq bağçası istifadəyə verilib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, uşaq bağçasının inşasına 2013-cü ilin dekabrında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir. Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcək. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.

Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı tikilib və transformator yarımstansiyası quraşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərdən razılığını bildirib.

Son xəbərlər

Orphus sistemi