​Kürdəmirdə bostan sahələri məhv ola bilər - FOTO

​Kürdəmirdə bostan sahələri məhv ola bilər - FOTO Bu il suvarma suyunun az olması məhsulun azalmasına səbəb olacaq
İnfrastruktur
22 May , 2016 19:01
​Kürdəmirdə bostan sahələri məhv ola bilər - FOTO

Bakı. 22 May. REPORT.AZ/ Kürdəmir rayonunun bir sıra kəndlərində bostançılıqla məşğul olan sakinlər çətinliklə qarşılaşıblar. "Report" xəbəbr verir ki, hər il dağ rayonlarından bostançılıq üçün arana köç edən qonşu rayon sakinləri, rayonun Mollakənd kənd ərazisində yerli kəndlilərə məxsus torpaqları icarəyə götürərək burda bostançılıqla məşğul olurlar.

Kəndlilərin sözlərinə görə, bu il suvarma suyunun az olması məhsulun azalmasına səbəb olacaq. Sahələrdə daha çox yemiş, qarpız, xiyar və pomidorun əkildiyini deyən kəndlilər su olmadığı halda bütün məhsulların tələf olacağını bildirirlər.

Fermerlərin sözlərinə görə, suvarma suyunun gecikməsi səbəbindən bu il məhsulun bazara cıxarılması bir qədər ləngiyəcək.

Xatırladaq ki, Kürdəmir rayonunda 65000 ha əkin sahəsi var ki, bunun da 4100 ha bostan sahələrinin payına düşür.

Son xəbərlər

Orphus sistemi