Kür çayı üzərində inşa edilən unikal körpünün görüntüləri yayılıb - VİDEO

Kür çayı üzərində inşa edilən unikal körpünün görüntüləri yayılıb - VİDEO Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib
İnfrastruktur
22 Sentyabr , 2016 17:53
Kür çayı üzərində inşa edilən unikal körpünün görüntüləri yayılıb - VİDEO

Bakı. 22 sentyabr. REPORT.AZ/ Salyan rayonunda, Kür çayı üzərində inşa edilən körpünün görüntüləri yayılıb. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, 5 aşırımdan ibarət körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. 

Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. O, 9 ballıq seysmik, A 15 və NK-100 müvəqqəti yük təsirinə hesablanıb.

Körpünü unikal edən cəhətlər isə onun inşasında ilk dəfə olaraq konsollardan istifadə edilməsi və layihəsinin öz konstruktiv həllinə görə xüsusi konstruksiyalar qrupuna daxil olmasıdır.  

Son xəbərlər

Orphus sistemi