Konstansa limanından Azərbaycana yükdaşımalar təşkil ediləcək

Konstansa limanından Azərbaycana yükdaşımalar təşkil ediləcək Hazırda bununla bağlı Azərbaycan, Rumıniya, Gürcüstan və Moldova arasında danışıqlar aparılır
İnfrastruktur
14 Aprel , 2016 13:59
Konstansa limanından Azərbaycana yükdaşımalar təşkil ediləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Konstansa şəhərində (Rumıniya) Avropa-Asiya-Avropa istiqamətində bu şəhərin limanından keçməklə yük daşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, tədbirdə qurumun sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru Mamuka Baxtadze, “Moldova Dəmir Yolu” Dövlət Müəssisəsinin baş direktoru Yuri Topala, Rumıniya “CFR Marfa Sa”nın baş direktoru Laurensia Georgeskunun (Laurentiu Georgescu) başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirlər.

İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparılır.

Tədbir çərçivəsində memorandum imzalanacaq. 

Üç gün davam edəcək dəyirmi masa iştirakçıları üçün şəhərin tarixi yerlərinə ekskursiya da təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi