Kənan Yavuz: "Türkiyə infrastruktur investisiyalarında əhəmiyyətli addım atıb"

Kənan Yavuz: "Türkiyə infrastruktur investisiyalarında əhəmiyyətli addım atıb" "SOCAR Energy Turkey"in prezidenti hesab edir ki, İpək yolu marşrutu yeni investisiya yatırımları üçün əlavə imkanlar yaradacaq
İnfrastruktur
11 Yanvar , 2016 17:15
Kənan Yavuz: Türkiyə infrastruktur investisiyalarında əhəmiyyətli addım atıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Türkiyə infrastruktur investisiyalarında əhəmiyyətli addım atıb. “Report”un məlumatına görə, bunu “SOCAR Energy Turkey”in prezidenti Kənan Yavuz deyib. 

K.Yavuzun sözlərinə görə, Türkiyə enerji körpüsü olmaq istiqamətində strateji addımlar atıb: “Artıq buna istehsalı da əlavə etmək lazımdır. Yeni istehsal paketində Türkiyənin ara məhsulu istehsalına fokuslanması və Türkiyənin subkontraktor olmasına şərait yaradan idxaldan asılılığını azaltmaq lazımdır”.

K.Yavuz deyib ki, tezliklə Brüsseldən Pekinə qədər bütün ticarət əlaqələri yeni yolla aparılacaq: ”Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi bitəndən sonra Marmaray və İstanbul-İzmir şossesi ilə Xəzər tranzit rolunu oynamağa başlayacaq. "İpək yolu" üzərindən yeni investisiya imkanları, yükdaşımalarda böyük fürsətlər yaranacaq. Çindən Brüsselə qədər bir yol meydana gələcək”.

Son xəbərlər

Orphus sistemi