ICAO-nun prezidenti Heydər Əliyev Mərkəzi və Milli Aviasiya Akademiyası ilə tanış olub

ICAO-nun prezidenti Heydər Əliyev Mərkəzi və Milli Aviasiya Akademiyası ilə tanış olub Olumuiva Benard Aliu mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.
İnfrastruktur
24 Oktyabr , 2015 00:41
ICAO-nun prezidenti Heydər Əliyev Mərkəzi və Milli Aviasiya Akademiyası ilə tanış olub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Olumuiva Benard Aliu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun müşayiəti ilə Heydər Əliyev Mərkəzində olub.

"Report" xəbər verir ki, qonağa məlumat verilib ki, Mərkəzdə Ümummilli Liderin xatirəsini əbədiləşdirən Heydər Əliyev Muzeyi yaradılarkən onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks etdirilməsinə diqqət yetirilib. Bu gün Muzey Heydər Əliyev irsini öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir. Muzeydə təqdim edilən eksponatlar haqqında məlumat verilib. Qeyd edilib ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilən muzey dünya memarlığının ən yaxşı əsərləri siyahısına daxil edilib. Burada rəsmi qəbulların, müxtəlif beynəlxalq konfransların və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Olumuiva Benard Aliu mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.

İCAO prezidenti Milli Aviasiya Akademiyasında da olub. Akademiya ilə tanışlıq Azərbaycan Mülki Aviasiyası Muzeyindən başlanıb. ICAO-nun prezidentinə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman təyyarəçilər haqqında da məlumat verilib.

Olumuiva Benard Aliu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovla birlikdə gələcək aviatorların təlim keçdiyi trenajor mərkəzində olublar.

Olumuiva Benard Aliu Bakının görməli yerləri ilə də tanış olub. O, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olub. Elektromobildə gəzinti zamanı qonağa İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisindəki müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qayğı ilə qorunub saxlanılır. Qonağa Bakının möhtəşəm tarixi abidələrindən olan Qız qalası, onun qeyri-adi memarlıq xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, tarixi əsrlərin dərinliyinə gedib çıxan bu qala XII əsrdə bərpa edilib.

Gəzinti zamanı ICAO-nun prezidenti “Sehrli təndir” kafesinə baş çəkib, orada təndir çörəyindən dadıb, milli şirniyyat və çaya qonaq olub.

Son xəbərlər

Orphus sistemi