​İstanbul-İzmir aviareysində bomba həyəcanı yaşanıb

​İstanbul-İzmir aviareysində bomba həyəcanı yaşanıb "Periscope" saytında yayılan canlı video sərnişinlər arasında panikaya səbəb olub
İnfrastruktur
7 Sentyabr , 2015 11:04
​İstanbul-İzmir aviareysində bomba həyəcanı yaşanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ İstanbul-İzmir marşrutu ilə aviareys həyata keçirən "Türk Hava Yolları" şirkətinin təyyarəsindən "canlı bomba həyacanı" başlığı ilə video yayan sərnişin tutulub.

“Report” Türkiyə mediasına istinadən bildirir ki, “Periscope” adlı sosial media saytında həyata keçirilən canlı video paylaşımı TK2316 reysində sərnişinlər arasında panikaya səbəb olub. Vətəndaşların şikayətindən sonra İzmirin “Adnan Menderes” hava limanına eniş etmək üzrə olan təyyarə enişinin ardından təhlükəsiz əraziyə uzaqlaşdırılıb. Burada aparılan axtarış zamanı təyyarədə hər hansı mənfi bir vəziyyət olmadığı təyin edilib. Digər sərnişinlərin gedişlərinə icazə verilərək videonu paylaşan R.A. adlı və soyadlı sərnişin polis tərəfindən tutulub, faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi