İstanbul- Bakı aviareysi təxirə salınıb

İstanbul- Bakı aviareysi təxirə salınıb Reysin təxirə salınmasına səbəb İstanbulda gözlənilən intensiv qar yağmasıdır
İnfrastruktur
22 Yanvar , 2016 07:02
İstanbul- Bakı aviareysi təxirə salınıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün saat 22:55-də yerinə yetirilməli olan İstanbul - Bakı reysi təxirə salınıb.

"Report" THY-nin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 22-də TK0340 reysinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən intensiv qar yağmasıdır.

Bu reys İstanbulun "Sabiha Gökçen" hava limanından yerinə yetirilməliydi. Təyyarə Bakıda yanvarın 23-də yerli saatla 03.50-də enməliydi.

Qeyd edək ki, bu gün İstanbulun hava limanlarından ümumilikdə 81 daxili və beynəlxalq aviareys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi