İran Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti inşa etmək niyyətindədir

İran Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti inşa etmək niyyətindədir Plana Azərbaycanla birləşdirilmək üçün Təbriz və İranın Gilan əyalətinin şəhərləri də daxildir
İnfrastruktur
9 Sentyabr , 2016 21:50
İran Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti inşa etmək niyyətindədir

Bakı. 9 sentyabr. REPORT.AZ/ İran Türkiyə, Azərbaycan (Naxçıvan Muxtar Respublikası) və Ermənistanın şəhərlərini birləşdirəcək dəmir yolu xətti inşa etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə İranın yol və şəhər inkişafı naziri Abbas Axundiyə istinadən "İran.ru" agentliyi məlumat yayıb.

Axundi bildirib ki, İran ölkənin şimal şəhəri Rəşt və Türkiyəni dəmir yolu vasitəsi ilə birləşdirməyə çalışır.

"Biz Rəştdən Zəncan və Təbriz istiqamətində bütün dəmir yollarını hazırlayırıq. Bu dəmir yolu Türkiyə, Ermənistan və Naxçıvanın şəhərlərini birləşdirəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində həm qatarların hərəkət sürətinin, həm də yük daşıma gücünün artırılması nəzərdə tutulub. Axundi bildirib ki, bu plana, Azərbaycanla birləşdirilmək üçün Təbriz və İranın Gilan əyalətinin şəhərləri də daxildir.

Ermənistan və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsi çoxdan mövcuddur, lakin o, Dağlıq Qarabağ münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir.

Son xəbərlər

Orphus sistemi