​İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib

​İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib Bakıda iki böyük gölün təmizlənməsi işləri bu il başa çatdırılacaq
İnfrastruktur
23 Yanvar , 2015 14:48
​İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu ilin yayına qədər Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatdırılacaq, Zığ gölü isə il ərzində təmizlənəcək. "Report"un məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyində bu gün keçirilən kollegiya iclasında nazir Şahin Mustafayev deyib.

Ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib ki, 2014-cü ildə ÜDM-in real artım tempi 2,8% təşkil edib və bu, qeyri-neft sektorunun 7%-lik artımı hesabına təmin olunub.

Dövlət başçısının sərəncamı ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunduğunu diqqətə çatdıran Ş.Mustafayev qarşıdakı dövrdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olacağını qeyd edib. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsalın və məhsuldarlığın artırılması, daxili bazarın daxili resurslar hesabına təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, iri fermer təsərrüfatlarının yaradılması və yaxın gələcəkdə ölkənin özünü buğda ilə tam şəkildə təmin etməsi, meliorasiya tədbirlərinin prioritet olaraq saxlanılması, kanalların çəkilməsi, yeni əkin sahələrinin dövriyyəyə buraxılması və s. kimi mühüm vəzifələr müəyyənləşdirib.

Bununla yanaşı işsizliyin azaldılması, əhalinin pul gəlirlərinin artırılması, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edilməsi, Cənub Qaz Dəhlizi layihəsinin icrası, "Şahdəniz" yatağının işlənməsi, Ələtdə yeni dəniz ticarət limanının tikintisinin davam etdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanın yük və sərnişin daşımaları sahəsində rolunun gücləndirilməsi barədə verilən tapşırıqlar da iclasda müzakirə olunub.

İclasda, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid bir sıra normativ-hüquqi aktlar və 2015-ci il üçün Kollegiyanın iş planı müzakirə olunaraq təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi