Bakı. 9 fevral. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında dünya ölkələrinin kifayət qədər iqtisadi artıma yardım edəcək siyasətlər yürütmədiyi bildirilir.
"Report" Amerikanin Səsi-nə istinadla verdiyi xəbərə görə, iqtisadi artımla bağlı illik hesabatda deyilir ki, əmək məhsuldarlığı, rəqabət və innovasiyaların artırılması üçün əhatəli artım strategiyalarına ehtiyac var.
Hesabat G-20-nin (Böyük İyirmilik) İstanbul sammiti vaxtına təsadüf edir.
Sammit iştirakçıları ötən il qlobal iqtisadiyyatın 2018-ci ilədək artırılması öhdəliklərini nəzərdən keçirməlidir.
Görüş zamanı böyük iqtisadiyyatların fərqli sürəti və valyuta siyasətləri gündəmə gətiriləcək.
Sammit işini sabah davam etdirəcək.