İntensiv yağış Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib

İntensiv yağış Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib Təyyarələrin qəbulu və yola salınması normal rejimdə davam edir
İnfrastruktur
9 Noyabr , 2015 15:18
İntensiv yağış Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib

Bakı. 9 noyabr. REPORT.AZ/ "Ötən gündən Bakıda müşahidə edilən intensiv yağış Heydər Əliyev Beynəlxalq Hava Limanının iş prosesinə təsir göstərməyib".

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, aeroportda təyyarələrin qəbulu və yola salınması normal rejimdə davam edir.

Qeyd edək ki, noyabrın 8-dən Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. 

Son xəbərlər

Orphus sistemi