​İlk Avropa Oyunları üçün nəzərdə tutulan əsas yollardan birinin təmirinə başlanılıb

​İlk Avropa Oyunları üçün nəzərdə tutulan əsas yollardan birinin təmirinə başlanılıb Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır
İnfrastruktur
13 Mart , 2015 18:04
​İlk Avropa Oyunları üçün nəzərdə tutulan əsas yollardan birinin təmirinə başlanılıb

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar idmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut Ziya Bünyadov prospekti-20 Yanvar dairəsi-Moskva prospekti-20 Yanvar tuneli-Bakı-Sumqayıt yolundan geriyə-Bakı Dairəvi yolu-Bakı-Ələt yolunun 2-14 km hissəsini əhatə edəcək.

Bunu "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Hazırda qeyd edilən marşrut üzrə Bakı Dairəvi avtomobil yolunun 14 km-lik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.

Son xəbərlər

Orphus sistemi