Bakıda daha iki yol bağlanacaq

Bakıda daha iki yol bağlanacaq "Azəryolservis" bu gecə həmin yollarda nişanlanma xətlərinin rənglənməsi işləri aparacaq
İnfrastruktur
26 May , 2015 13:38
Bakıda daha iki yol bağlanacaq

Bakı. 26 may. REPORT.AZ/ Bu gün saat 22:00-dan səhər saatlarınadək Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Binəqədi rayonu Cəfər Xəndan və Şövkət Məmmədov küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə "Report"a "Azəryolservis"in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. 

“Azəryolservis” sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi