"Honda" biznesmenlər üçün təyyarə istehsal edəcək

"Honda" biznesmenlər üçün təyyarə istehsal edəcək Qiyməti 4,5 mln. dollardan başlayan bu təyyarə üçün 100-dək sifariş qəbul edilib
İnfrastruktur
28 Aprel , 2015 15:59
Honda biznesmenlər üçün təyyarə istehsal edəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Yaponiyanın tanınmış avtomobil brendi istehsal tarixində ilkə imza atıb. “Report”un verdiyi xəbərə görə, "Honda" şirkəti biznesmenlər üçün xüsusi olaraq istehsal etdiyi özəl "HondaJet" təyyarəsini satışa çıxarıb.

Təyyarənin hazırlanması ilə məşğul olan "Honda Aircraft" şirkəti biznes sinif təyyarələrini yeni mərhələyə yüksəldərək daha rahat standartlar əldə etməyə çalışır. Təyyarə əhəmiyyətli dərəcədə azaldılmış yanacaq sərfinə malik sakit mühərriklə daha qənaətcil olub, maksimum sürəti isə 780 km/saata çatır.

Müasir pilot kabinəsi sensorlu idarəetmə, 14-lük ekran və "Garmin G3000" avionika paketi ilə təchiz olunub. Təyyarənin eksteryeri dikdaban ayaqqabılardan ilhamlanaraq yaradılıb. Xarici görünüşü "GE Honda HF120" turboventilyatorları tamamlayır.

Kompakt "HondaJet"in 13 sərgidə nümayiş olunacağı və bu sərgilərə uçaraq sərbəst şəkildə gedəcəyi gözlənilir. Təxminən 4,5 mln. dollardan başlayan qiymətlə satışa çıxarılan "Jet" üçün artıq 100-ə yaxın sifariş daxil olub.

Son xəbərlər

Orphus sistemi