Heydər Əliyev prospektində xüsusi siqnal dirəkləri quraşdırılıb

Heydər Əliyev prospektində xüsusi siqnal dirəkləri quraşdırılıb Yeni cihazlar nizam-intizama riayət etməyən sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını alacaq
İnfrastruktur
22 Aprel , 2016 11:47
Heydər Əliyev prospektində xüsusi siqnal dirəkləri quraşdırılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bakı şəhərinin Heydər Əliyev prospektində “Böyük Şor” yol qovşağı istiqamətində əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, işıq əksetdirici xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd nizam-intizama riayət etməyən sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.

"Bu cür halların qarşısını almaq üçün həmin ərazilərdə xəbərdaredici yol nişanlarının quraşdırılmasına baxmayaraq, yolun hərəkət hissəsinə xüsusi qabarıq yolcizgi xətləri çəkilib, ancaq yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə, digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olur və qəza şəraiti yaranırdı. Hazırda isə xüsusi siqnal dirəklərinin quraşdırılması ilə bunun qarşısı tamamilə alınıb", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılması işləri aparılır.

Bu cür siqnal dirəklərinin quraşdırılması, xüsusən gecə saatlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.

Son xəbərlər

Orphus sistemi