​Heydər Əliyev prospektində əsas yoldan köməkçi yola keçmək üçün xüsusi yer düzəldilib

​Heydər Əliyev prospektində əsas yoldan köməkçi yola keçmək üçün xüsusi yer düzəldilib Sabahdan etibarən həmin ərazidə hərəkət istiqamətini göstərən nişanlar quraşdırılacaq
İnfrastruktur
9 Mart , 2015 17:27
​Heydər Əliyev prospektində əsas yoldan köməkçi yola keçmək üçün xüsusi yer düzəldilib

Bakı. 9 mart. REPORT.AZ/ Bakı şəhərinin Xətai prospektindən "Ramstore" qovşağı vasitəsilə Heydər Əliyev prospektinin əsas yoluna, eyni zamanda Yusif Səfərov küçəsindən və Babək prospektindən H.Əliyev prospektinin köməkçi hissəsinə daxil olan nəqliyyat vasitələri manevr edən zaman həmin ərazidə görüntü imkanları məhdud olduğu üçün böyük çətinliklərlə qarşılaşırdı.

“Report” “Azəryolservis” ASC-yə istinadən məlumat verib ki, görüntünün daha aydın olduğu ərazidə təxminən 250 metr qarşıda 25 metr məsafədə ayırıcı zolaq götürülərək əsas yoldan köməkçi yola maneəsiz keçmək üçün xüsusi yer hazırlanıb. Sabahdan etibarən həmin ərazidə hərəkət istiqamətini göstərən nişanlar quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi