​Heydər Əliyev prospektində aparılan təmir işləri yaxın günlərdə yekunlaşacaq

​Heydər Əliyev prospektində aparılan təmir işləri yaxın günlərdə yekunlaşacaq Bu gün yolda asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb
İnfrastruktur
15 Aprel , 2015 18:28
​Heydər Əliyev prospektində aparılan təmir işləri yaxın günlərdə yekunlaşacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində aparılan təmir işləri sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Təmir çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir.

"Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq", - "Azəryolservis"dən bildirilib.

Son xəbərlər

Orphus sistemi