​Heybət stansiyasında baş yolun əsaslı təmirinə başlanılıb

​Heybət stansiyasında baş yolun əsaslı təmirinə başlanılıb 1 300 metr uzunluğunda yol bərpa edilir
İnfrastruktur
6 İyun , 2016 09:01
​Heybət stansiyasında baş yolun əsaslı təmirinə başlanılıb

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün Heybət stansiyasında 1 300 metr uzunluğunda baş yolun əsaslı təmirinə, köhnə yolun isə söküntüsünə başlanılıb. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin məlumatına görə, təmir işləri sabah başa çatacaq.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 112 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi