Həştərxan qubernatoru: "Şimal-Cənub dəhlizinin reallaşdırılması üçün səmərəli logistika sxemi qurulmalıdır"

Həştərxan qubernatoru: "Şimal-Cənub dəhlizinin reallaşdırılması üçün səmərəli logistika sxemi qurulmalıdır" Vilayət qubernatoru layihənin böyük perspektivlərə malik olduğunu qeyd edir
İnfrastruktur
29 Avqust , 2016 12:37
Həştərxan qubernatoru: Şimal-Cənub dəhlizinin reallaşdırılması üçün səmərəli logistika sxemi qurulmalıdır

Bakı. 29 avqust. REPORT.AZ/ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin üstünlüklərinin reallaşdırılması üçün səmərəli logistika sxeminin qurulması vacibdir. Bu işə həmçinin yüklərin konteyner daşımalarını reallaşdıracaq yerli şirkətlər də kömək ola bilər. "Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib.

"Şimal-Cənub nəqliyyat dəhlizi müvafiq marşrutlardan xeyli qısadır, bu o deməkdir ki, bu dəhlizdən yüklərin daşınması daha ucuzdur. Əlbəttə, effektli işləyəcək logistika şirkəti lazımdır, habelə konteyner daşımalarını həyata keçirəcək ciddi və məsuliyyətli şirkətlərə də ehtiyac var", - deyə qubernator vurğulayıb.

"Bunlarla bərabər, Şimal-Cənub layihəsinin inkişafı üçün böyük perspektivlər də mövcuddur. A.Jilkin qeyd edib ki, bu marşrutda iştirak edən bütün ölkələrdə iş gedir - harada isə yolların tikintisi, harada isə dəmir yollarının birləşdirilməsi və liman obyektlərinin inkişafına dair işlər aparılır. Bundan başqa, Şimal-Cənub dəhlizi daha irimiqyaslı layihəyə - "İpək yolu"na cəlb edilə bilər. Bu iki layihənin yolunun istər-istəməz kəsişməsi labüddür", - deyə A.Jilkin əlavə edib. 

Qeyd edək ki, strateji əhəmiyyəti olan bu layihənin yaradılması, həmçinin uzunluğu 170 km olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisini nəzərdə tutur. Bu layihənin məqsədi beynəlxalq nəqliyyat dəhlizinin quru məntəqələrinin birləşdirilməsindən ibarətdir. Bu isə Transxəzər multimodal marşrutunun iqtisadi səmərəliliyinin artırılmasına imkan verəcək. Əsasən, Rəşt-Astara (İran) Rusiya və İran, Astara (İran) və Astara (Azərbaycan) isə Rusiya, İran və Azərbaycanın iştirakı ilə inşa olunacaq.

İlkin hesablamalara görə, Qəzvin-Rəşt (İran) -Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun hissəsinin tikintisinə qoyulmuş sərmayənin ümumi həcmi təxminən 400 mln. dollar təşkil edir. Dəhlizin əmtəə bazarının həcmi isə ildə 25-26 mln. ton həcmində qiymətləndirilir.



Son xəbərlər

Orphus sistemi