Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün saat 22:00-dan etibarən küçənin nişanlanma işləri başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospekti ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"
Buna görə, qurum tərəfindən sürücülərə göstərilən müddət ərzində alternativ yollardan istifadə etməsi tövsiyə olunur.