Hesablama Palatası kollegiyasının iclası keçirilib

Hesablama Palatası kollegiyasının iclası keçirilib Tovuz Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair proqram təsdiqlənib
İnfrastruktur
5 Fevral , 2015 19:46
Hesablama Palatası kollegiyasının iclası keçirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Hesablama Palatası kollegiyasının iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə, həmçinin büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə dair audit tədbirinin nəticələri barədə hesabat və rəy müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

"Report" Hesablama Palatasınn saytına istinadən xəbər verir ki, müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada təsdiq olunan nəzarət tədbirləri sırasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Tovuz Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Beyləqan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair proqramlar da yer alıb. 

Son xəbərlər

Orphus sistemi